Fransadan növbəti İSLAM DÜŞMƏNÇİLİYİ

Baxış sayı:
2671

Almaniyada iki gün öncə maşınını əhalinin içinə sürərək iki nəfərin ölümünə və 20 nəfərin də yaralanmasına səbəb olan, sonra da intihar edən adamın ifrat sağçı irqçi bir Alman vətəndaşı olduğu ortaya çıxıb. Bundan sonra da Avropa mətbuatı Müsəlmanlara qarşı yenə bir qavrayış əməliyyatını davam edib.
 
Almaniyanın Münster şəhərində avtomobilini izdihamın içinə sürərək iki nəfərin ölümünə , 20 adamın yaralanmasına səbəb olan, daha sonra da intihar edən şəxsin Alman vətəndaşı olduğu, hadisənin radikal İslamçı bir təcavüz olduğuna işarə edən heç bir dəlilin olmadığı ifadə edilib.
Hücumun səbəbkarının ortaya çıxmasından sonra isə Avropa mediasının çirkin üzü bir daha ortaya çıxıb. Fransız mediası qalmaqal bir xəbərə imza ataraq hücumla bağlı İslama və Müsəlmanlara rəsmən kin püskürüb.
 
İSLAMİST OLMAYAN BİR TERROR
 
Aparılan xəbərin başlığını “İslamist olmayan bir terror” şəklində dərc edən Fransız mediası, bununla daxilindəki İslam düşmənçiliyini bir daha göstərərək bu hadisənin üzərindən də yeni bir qavrayış əməliyyatına cəhd edib.
Avropa mətbuatındakı bu cür xəbərlərdən sonra xəstə təfəkkürə malik olmayan ətraf mühitdən və Müsəlmanlardan böyük təpkilər gəlib.
Müxalifət.az