​Fransadan ABŞ-a: Təəssüf edirik...

Baxış sayı: 25

Fransa ABŞ-ın BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Agentliyindən (YUNESKO) çıxması ilə bağlı qərarını böyük təəssüf hissi ilə qarşılayır.
Muxalifet.az  xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
“Təşkilatın beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duyduğu bir zamanda ABŞ-ın belə bir qərar verməsi sadəcə təəssüf hissi doğurur. Fransa təhsilin prioritet sahələrinə dəstək verən, radikalizmin və yaxud müəyyən təhlükələrin təsirinə məruz qalan mədəni irsin qorunmasında xüsusi rolu olan YUNESKO-nun prinsiplərinə sadiq qalır”, - bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ administrasiyası maliyyə vasitələrinə qənaət və YUNESKO-da antiisrail qətnamələrinin qəbuluna etiraz məsələlərini əsas gətirərək təşkilatdan çıxmaq barədə qərar qəbul edib.