Fransadan ABŞ-ı qəzəblndirəcək “RUSİYA” AÇIQLAMASI

Baxış sayı:
4966

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron, birgə mətbuat konfransı keçirib.
 
Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Rusiyanın Sankt- Peterburq şəhərində ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirib. Putin, Moskvanın Paris ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurduğunu və bunları inkişaf etdirməyə çalışdığını söyləyib. Rusiya-Fransa münasibətlərinin aktual məsələlərini Makron ilə ətraflı müzakirə etdiyini qeyd edən Putin, Makron ilə ABŞ-ın İrandakı nüvə müqaviləsindən çəkilməsinin təsirlərini görüşdüyünü deyib.
Putin, "Fransa prezidenti ilə beynəlxalq məsələlər haqqında apardığımız danışıqlarda, təcili problemləri müzakirə etdik. Xüsusilə, ABŞ-ın İran nüvə müqaviləsindən çəkilməsi istiqamətində fikir mübadiləsi apardıq" deyib.
 
RUSİYANIN YENİ ROLUNU QƏBUL ETDİK
 
Fransa prezidenti Emmanuel Makron isə, Fransanın Orta Şərq də daxil olmaqla, Rusiyanın beynəlxalq münasibətlərdəki yeni rolunu qəbul etdiyini deyib. Makron, "Vladimir Putin ilə Astana prosesi çərçivəsində bir koordinasiya mexanizmi yaratmağa qərar verdik. Gələcək həftələrdə bunu icraata qoyacağıq" deyib.
Makron, Suriya ilə bağlı BMT-nin konstitusiya komitəsinin qərarına dair, "Prioritet vəzifə Cenevrədə bir konstitusiya komitəsi yaratmaq və başlamaqdır. Dəməşqin nümayəndələrini bu qurumda iştirak qərarını məmnuniyyətlə qarşıladıq" deyə, söyləyib.
Müxalifət.az