​Fransadakı daşqınlar 13 nəfərin həyatına son qoyub

Baxış sayı:
5332

Fransanın cənubunda yerləşən Od departamentində daşqınlar nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Bu barədə məlumatı Fransa Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, Pezan kommunasında su bəndinin dağılması riski ilə əlaqədar minə yaxın insanın təxliyə olunub. 
Regionun bəzi rayonlarına bir neçə saat ərzində üç aylıq yağıntı norması düşüb. Hazırda təbii fəlakətdə zərər çəkən ərazilərdə aparılan xilasetmə əməliyyatlarında 8 helikopter, həmçinin yüzlərlə yanğınsöndürən və polis cəlb edilib.