Fransadakı böhranın pərdəarxası!
Türkiyənin xəbər saytı Haber7.com-un müəllifi Taha Dağlı Fransadakı yanacaq vergilərinin artması ilə bağlı etirazlar aksiyaları ilə birlikdə partlayan və ölkəni xaosa sürükləyən hadisələrin pərdə arxasını ələ alan bir yazı qələmə alıb.
Haber7.com müəllifi Taha Dağlının o yazısı:
Fransada xalqın ayağa qalxmasının pərdə arxasında nə var? Səbəb Avropa Ordusu ilə məhdudlaşır, yoxsa Avropa Ordusu aysberqin yalnız görünən üzüdür?
Əvvəla, Fransa prezidenti Makrondan başlayaq. Makron prezident olmazdan öncə Rotşildlərin bankında işləyirdi. Oradan Fransada siyasət səhnəsinə sürülüb. Ən önəmli rəqibi olan Fransua Fillondu. Fillon korrupsiya iddialarından zərbə alınca önü açılan Makron 2017-dəki seçkidə qalib oldu.
Geniş yayılmış fikir Makronun arxasında Rotşild sülaləsinin olduğu istiqamətindədir. Əgər belədirsə, bu gün Fransada Makronu hədəf alan hökumət əleyhinə nümayişlər qlobal gücləri istiqamətləndirən nəsillər arası bir qarşıdurmanın təzahürü ola bilər.
O qüvvələr bir deyil, bir çox nöqtədə gərginlik saxlayırlar.
Bunların başında Avropa Ordusu məsələsi gəlir. NATO-ya alternativ Avropa Ordusu ideyasının memarı Fransadır. Bəs Fransa nə üçün belə bir orduya ehtiyac duyur?
Fransızlar Suriya başda olmaqla, Orta Şərqdə və Afrikada hərbi mənada Amerikadan çox geridədir. Suriyada Amerika PYD terror təşkilatının yanında yer alarkən Fransızlar da Münbiçə hərbçilər göndərdilər.
Fransızların Suriyada, xüsusilə də enerjini Aralıq dənizinə çatdırma məsələsindəki siyasətləri Amerika mövqeyindən fərqli deyil. Bu ərazi iki ölkənin rəqabət məkanına çevrilib.
Aralıq dənizinə gəldikdə. Təbii qaz ehtiyatlarından pay bölgüsündə Fransız Total ilə Amerikan Exxon Mobile şirkətlərinin qarşı cəbhələrdə yer aldıqlarını görürük.
Əsl rəqabət zonası isə Afrikadır.
Bu məkanda Fransızların 14 müstəmləkəsi var. Yarım əsrdir hələ də Fransızlara xərac verən bu ölkələrin hərbi siyasəti də Parisdən idarə edilir. Ancaq Amerikan mərkəz qüvvələri komandanlığı CENTCOM-un Afrikadakı yerləşməsi Fransızları narahat edib.
Məsələyə bu pəncərədən baxınca da Fransanın israr etdiyi Avropa Ordusu PESCO-nun əslində NATO-ya qarşı deyil, Amerikanın Afrika və Yaxın Şərqdəki hərbi qolu CENTCOM-a qarşı bir həmlə olduğunu hesab edək.
Fransa 2016-da bərpa olunan enerji mənbələri üçün Afrikaya 2 milyard dollar investisiya qoyub. Bu layihə Avropa üçün həyati əhəmiyyət daşıyır. Layihə hazırda davam edərkən Amerika və İsrailin Afrikadakı addımları da Fransızlar üçün can sıxıcı hala gəldi.
MAKRONLA VƏLİƏHD ŞAHZADƏ QAŞIQÇI, YOXSA ƏLİ BONGONU DANIŞDI?
Qabon, bir Fransız müstəmləkəsidir. 24 oktyabrda Səudiyyə Ərəbistanındakı Səhra Davos konfransına qatılıb uzun müddət ortadan itən Qabon prezidenti Əli Bongodan misal verək. Almaz başda olmaqla, bir çox yeraltı sərvətə sahib olan Qabon, müstəmləkəsi olduğu Fransa ilə yanaşı Amerika ilə İsrailin də göz bəbəyi bir ölkə halına gəldi. Əli Bongonun Ər-Riyadda saxlanılmasının bu maraq toqquşmasının nəticəsi olduğu iddiaları var.
Makronun ötən şənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla G-20 zirvəsindəki söhbətində mikrofonlara bəzi dialoqlar əks olunmuş, danışılan məsələnin Qaşıqçı cinayəti olduğu irəli sürülmüşdü.
Makronla vəliəhd şahzadənin bəhs etdikləri məsələ Qaşıqçı idimi, yoxsa Qabon prezidenti Əli Bonqomu? Çünki Əli Bonqo o görüşdən 3 gün sonra keçmiş bir Fransız müstəmləkəsi olan Mərakeşdə ortaya çıxdı.
Bongonun Ər-Riyadda ortadan qeyb olması ağıllara ötən il Livanın baş naziri Saad Haririnin də Ər-Riyadda saxlanılmasını gətirmişdi.
Xatırlayın o prosesə də müdaxilə edən ölkə Fransa idi.
Fransa prezidenti Makron, Haririni Ər-Riyaddan alıb, Beyruta göndərmiş, bir neçə həftə sonra isə Livan Şərq Aralıq dənizində olan qaz ehtiyatlarındakı qazma layihəsini Fransız firması Totala vermişdi.
Qısası, Aralıq dənizi və Afrika coğrafiyası Amerika ilə Avropanın rəqabət meydanı halına gəldi və ittifaqlarla gedən bu rəqabət daha da qızışır.
Bu gün Fransada baş verən hadisələri Tramplı Amerika ilə Makronlu Fransa arasında dava kimi oxumaq yetərsiz ola bilər.
Onları Ağ Ev və Yeliseydə kimlər dəstəkləyir, Afrika və Yaxın Şərq siyasətinə kimlər istiqamət verir, ən əhəmiyyətlisi bu layihələrdəki tortdan kimlər aslan payı alır, ya almır, bunlara da diqqət yetirməkdə fayda var.
Hazırladı: Müxalifət.az