Fransada terror: Yaralılar var

Baxış sayı:
217

Fransanın Lion şəhərində partlayış baş verib. İlk məlumatlara görə, 13 adam yaralanıb.
 
Yerli media günortadan sonra saat 17.30 radələrində içində bomba olan bir paketin partladığını və çox sayda yaralı olduğunu qeyd edib.
 
İLK ƏLAMƏTLƏR TERRORU GÖSTƏRİR
 
Lionun mərkəzindəki Bellecour Meydanına yaxın Victor Hugo küçəsi partlayışdan sonra boşaldılıb və bağlanılıb.
Şəhər rəhbərliyi partlayış və yaralılar olduğu məlumatını təsdiqləyib və hadisənin ilkin əlamətlərinə görə terrora oxşadığını bəyan edib.
Prokurorluq piyada səkisində baş verən partlayışıb bombalı paketdən meydana gəldiyini təsdiqləyib.
Fransanın prezidenti Emmanuel Makron "hücum" olaraq xarakterizə etdiyi partlayışda həyatını itirən kimsənin olmadığını açıqlayıb.
Müxalifət.az