Fransada terror hazırlayan 10 nəfər tutuldu

Fransada terror aktları törətməyi planlaşdıran 10 nəfər saxlanılıb. 
AzVision.azxarici KİV-ə istinadən saxlanılan şəxslər Fransada müsəlman dini məkanlarını, siyasətçiləri və prezident seçkilərində namizəd olmuş şəxsləri hədəfə alaraq terror aktları hazırlamaqda şübhəli biliniblər. 
Saxlanılanlar arasında 21 yaşlı Loqan Aleksandr Nizin 2011-ci ildə Norveçdə terror aktı törətmiş Anders Brevikə həsr olunmuş internet səhifəsində ərəbləri, qaraları, miqrantları, irqi cihadistləri öldürmək üçün çağırış edib.