Fransada seçkilərin son nəticələri – I tur

Fransada parlament seçkilərinin ilk turunun nəticələri açıqlanıb.
 
"Ria Novosti" agentliyi xəbər verir ki, nəticələrə əsasən, Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi "İrəli respublika" hərəkatı qalıb gəlib.
Makronun partiyası səslərin 28,2 faizini toplayıb. "Respublikaçılar" partiyası 15,8%, "Milli Cəbdə" 13%, "Təslim olmayan Fransa" 11%, "Sosialistlər" isə 7,4% səs toplayıb.
Seçkilərin ikinci turu iyunun 18-də keçiriləcək.