Fransada "sarı jiletlilər üsyanı": Paris yanır, 100-dən artıq yaralı - YENİLƏNİB - CANLI YAYIM - VİDEO

Baxış sayı:
5074

Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında 110 nəfər xəsarət alıb. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib. Onun sözlərinə görə, xəsarət alanlardan təxminən 20-si hüquq-mühafizə orqanları əməkdaşlarıdır. Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub. Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb. Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb. Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. ---------- 01:35 Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları zamanı saxlanılanların sayı 255 nəfərə çatıb. Muxalifet.az Trend-ə istinadən bildirir ki, bu barədə "BFMTV" telekanalı xəbər verir. Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub. Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb. Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb. Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. ----------------- 01.12.2018 23:21 Fransada yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında 75 minə yaxın insan iştirak edir. Muxalifet.az Trend-ə istinadən bildirir ki, bu barədə "BFMTV" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir. Daha əvvəl 36 minə yaxın insanın iştirak etdiyi bildirilirdi. Ən böyük etiraz aksiyası ölkənin paytaxtında keçirilir. Parisdə etiraz aksiyaları zamanı 205 nəfər saxlanılılb, 80 nəfər isə xəsarət alıb. Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub. Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb. Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb. Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. ---------- 22:31 Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları zamanı 205 nəfər saxlanılıb. Daha əvvəl 180 nəfərin saxlanıldığı bildirilirdi. Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub. Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb. Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb. Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. --------- 22:04 Fransada hökumətin vergi siyasətinə və yanacaq qiymətlərinin artırılmasına etiraz edən "sarı jiletlilər"in etiraz aksiyaları artıq üç həftədir ki, davam edir. Muxalifet.az European-a istinadən bildirir ki, bu gün yüzlərlə fransalı Parisin tarixi mərkəzi olan Yelisey Çöllərində polislə toqquşublar. Onlar avtomobilləri yandırır, barrikadalar qurur, polislərə daş və içində sarı boya olan əldəqayırma "qumbara"lar atırlar. Nümayişçilərə qarşı polis dəyənələklərdən, su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir. Toqquşmalarda yaralananların sayı 83 nəfərə yatıb. 183 nəfər həbs olunub. Qarşıdurmaların əksər hissəsi Zəfər Tağının yanındakı Şarl de Qoll meydanında yaşanır. Fransanın baş naziri Eduar Filippin dediyinə görə, Parisdəki etiraz aksiyalarında təqribən 5500 nəfər iştirak edir. Fransanın digər yerlərində isə nümayişçilərin sayı 36 min nəfərdir. Mitinqlər və nümayişlər Strasburq, Kann, Nant, Havr, Marsel və digər şəhərlərdə davam edir. İri şəhərdən kənarlarda "sarı jiletlilər" avtotrasları və pullu yollardakı ödəniş məntəqələrini blokadaya alıblar. Bu gün səhər saatlarında yüzlərlə nümayişçi Nitsa aeroportuna gedən yolu bağlayıblar. Nant şəhərində də aeroportun işində fasilələr yaranıb. Fransanın baş naziri Eduar Filipp və ekoloji keçid naziri Fransua de Ruji sosial şəbəkələrdə yaranan, liderləri və təşkilatçıları olmayan "sarı jiletlilər"in nümayəndələri ilə danışıqlar aparmağa çalışsalar da, onların cəhdləri nəticəsiz qalıb. "Sarı jiletlilər"in nümayəndə heyəti iki nəfərdən ibarət idi. Onlardan biri Jeyson Erber müzakirə başlayan kimi otağı tərk ediö. Erberin dediyinə görə, müzakirələrin telekanalda translyasiya olunmasını tələb etsə də, nazirlər razılaşmayıb. Fransa prezidenti Emmanuel Makron "sarı jiletlilər"ə müraciət etməyə hazırlaşır. Onun dediyinə görə, dünya bazarlarında xam neft bahalaşan kimi yanacaq vergiləri azaldılacaq. ---------- 21:43 Fransanın paytaxtı Parisdə yanacaq qiymətlərinin artması səbəbindən başlanan etirazlar davam edir. Muxalifet.az oxu.az-a istinadən bildirir ki, iki həftədir aksiya keçirən etirazçılar bu gün Paris və bir çox şəhərlərdə mitinqlər təşkil ediblər. Polis "sarı jiletlilər" adlandırdıqları etirazçıların mitinqinə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Qəzəbli kütlə ətrafdakı bir çox yeri atəşə verib, polisə daş və şüşə atıb. Aksiyalarda 115 nəfər tutulub, 100-ə yaxın insan yaralanıb. Parisin ən işlək prospektlərindəki mağazalar və ictimai iaşə obyektləri bağlanıb. Etirazlar səbəbindən küçələr nəqliyyata qapadılıb və metro səfərləri dayandırılıb. ---------- 20:44 Fransanın paytaxtı Parisdə benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı xəsarət alanların sayı 65 nəfərə çatıb. Muxalifet.az "Report"a istinadən bildirir ki, onlar arasında 11 polis əməkdaşı da var. Yaralıların vəziyyəti barədə məlumat verilmir. Qeyd edək ki, "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları noyabrın 17-də başlayıb. Etirazçıların ilk tələbləri benzinin qiymətinin ucuzlaşması olub. Bu gün keçirilən aksiyada iğtişaşlar baş verib. Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.