Fransada polis zorakılığının nəticələri – Rəqəmlərlə

Baxış sayı:
5464

Beş aydır davam edən “Sarı Jiletli” etirazları polis tərəfindən qeyri adekvat zorakılıqla qarşılanıb.
 
Fransanın prezidenti Emmanuel Makron administrasiyasının siyasətinə etiraz etmək üçün aylardır küçələrdə olan “Sarı Jiletli” etiraz aksiyalarında yaralananların sayı “Mediapart” veb saytında açıqlanıb.
Fransız polisinin qeyri-insani zorakılığı məlumatlarla ortaya çıxıb.
Məlumata görə, bibər qazının təsirindən 5 adamın əli qopub, 23 adam gözünü itirib, 268 adam başından, 15 adam əlindən, 64 adam bədənindən, 26 adam kürəyindən, 106 adam isə ayaqlarından yaralanıb.
Nümayişlərdə ayrıca 95 jurnalist, 40 litsey tələbəsi ve 30 gönüllü tibbi xidmət işçisi yaralanıb.
 
11 KİŞİ HƏYATINI İTİRİB
 
“Sarı Jiletli” aksiyalarında bu günədək toplam 11 adam həyatını itirib. 1 adamın da bibər gazının dəyməsi nəticəsində öldüyü bildirilib.
Müxalifət.az