Fransada parlament seçkiləri keçirilir

Bu gün Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə seçkilərin birinci turunda səsvermə başlayıb.
 
TASS agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da seçki məntəqələri açılıb.
 Ölkədə 67 min seçki məntəqəsi var. Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.