Fransada ordu küçələrə çıxdı! “Vur” əmri verildi

Baxış sayı:
2245

Fransız hökuməti polis və orduya “Sarı Jiletlilər”in 19 həftə boyunca küçələrdə etiraz nümayişini dayandırmaq üçün “vur” əmri verib.
 
Fasiləsiz etirazları dayandırmaq istəyən hökumət dünən əvvəlcədən bir qərar qəbul edərək hər kəsi çaşdırıb.
 
FRANSA HÖKUMƏTİNDƏN “VUR” EMRİ
 
Parisin baş komandanı general Bruno Le Ray Fransada bir radio proqramına qatılıb və bu qərar barədə məlumat verib. Le Ray, "həyatları təhlükədə olduğu halda həyatları qorumaq naminə orduya atış açmaq əmri verildiyini bildirib.
Bu gün baş verən nümayişlər yenidən qarşıdurma yaradıb. Polis və nümayişçilər yenidən qarşı-qarşıya gəlib. Polis sərt müdaxilə edib. Digər tərəfdən, ordunun küçələrə çıxması üçün dünən əmr verilib. Artıq Paris küçələrində əsgərlər silahlarla dolaşırlar.
Müxalifət.az