Fransada məsciddən çıxan camaata hücum

Baxış sayı:
5728

Fransanın Linza şəhərində, namazdan sonra məsciddən çıxan iki Müsəlman, saat 23:30 radələrində hücuma məruz qalıb.
 
Məscid qarşısında meydana gələn hadisədə, 23 yaşındakı bir adam, üzərində uzun paltar olan 44 və 52 yaşlı iki Müsəlmana velosiped zənciri ilə hücum edib. Hadisə yerinə gələn polislər, təcavüzkarı tutarkən, üzərində də zəncirdən başqa, bıçaq olduğunu da aşkar edib. Hücumu bir "missiya” olaraq etdiyini deyən təcavüzkar, uzun paltarlı iki Müsəlmanın, geyimlərindən dolayı özünü narahat etdiyini iddia edib. Şübhəli, "Həyat tərzlərini qəbul edə bilmirəm" deyib. Meriya təcavüzün İslamofobik düşüncə ilə işləndiyini bildirib. Fransada İslamofobiya İlə Mübarizə Dərnəyi (CCİF), 2017-də Müsəlmanları hədəf alan hücumlar ilə bağlı yaydığı hesabatında İslamofobik hücumların bir əvvəlki ilə görə 20 faiz azaldığını bildirmişdi. 2017-də reallaşan 447 İslamofobik hücumun 39 faizinin fizika təcavüz, 58 faizinin isə nifrət ritorika olduğu qeyd edilib. Hücumların əksəriyyətinin isə mənzil, iş yeri və məktəblərdə baş verdiyi vurğulanıb.
Müxalifət.az