Fransada koronavirusdan ölənlərin sayı 148-ə, İtaliyada isə 349-a çatıb

Baxış sayı:
1609

Fransada koronavirusa yoluxanların ümumi sayı 6,6 mini keçib, onlardan 148 nəfəri ölüb. 

"TASS" xəbər verir ki, bu barədə Fransa Səhiyyə Agentliyi məlumat yayıb.

Son bir gündə yoluxanların sayı 1210, ölənlərin sayı isə 21 nəfər olub.

İtaliyada isə koronavirus qurbanlarının sayı 349 nəfərə çatıb.

RİA Novosti-nin məlumatına görə, bu barədə ölkənin Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli deyib.

O bildirib ki, hazırda virusa 28 min nəfər yoluxub. Onlardan 414 nəfəri sağalaraq xəstəxanadan buraxılıb./apa