​Fransada keçirilən parlament seçkilərinin İLKİN NƏTİCƏLƏRİ - YENİLƏNİB

Fransada keçirilən birinci tur parlament seçkilərində ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” partiyası liderlik edir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.
Bülletenlərin 75 faizinin hesablanmasından sonra "İrəli" partiyası 26,9 faiz seçici səsi toplayıb
İkinci yerdə “Respublikaçılar” – 15,8%, üçüncü yerdə Marin Le Penin “Milli Cəbhə” partiyası qərarlaşıb – 14,4%.

***
23:05

Fransa prezidenti Emmanuel Makron tərəfindən yaradılan "İrəli, Respublika!" hərəkatı ölkənin Milli Məclisinə (Parlamentin aşağı palatası) keçirilən seçkilərdə liderlik edir.
“RİA Novosti" xəbər verir ki, ölkədə səsvermənin təşkili və onlara yekun vurulmasına cavabdeh olan Daxili İşlər Nazirliyinin açıqladığı ilkin nəticələrə əsasən, Makronun hərəkatının namizədləri ölkə üzrə 26,6% səs toplayıb.
Böyük müxalifət partiyası olan "Respublikaçılar" 16,4%, Marin Le Penin "Milli Cəbhə"si isə 14,4% səs toplayıb.