Fransada futbol matçları və konsert təxirə salındı

Baxış sayı:
6502

Fransada davam edən etirazlarla əlaqədar bir sıra futbol matçları və konsertlər təxirə salınıb.

Muxalifet.az xəbər verir ki, noyabr ayının ortalarında dizel yanacağının qiymət artımına etiraz edən "sarı jiletlər" dekabrın 8-ə növbəti etiraz aksiyası elan edib.

Bununla əlaqədar olaraq, Fransa çempionatının 3 oyunu təxirə salınıb.

Belə ki, Monakoda "Monako"-"Nitsa", Tuluzada eyniadlı komandanın "Lion"la matçı və paytaxtda "Paris Sen-Jermen"-"Monpelye" matçları başqa tarixə keçirilib.

Bundan başqa, Parisdə iri elektrik musiqi festivalı ləğv edilib./Trend/