"Fransa Yaxın Şərqdə böhranı alovlandırır" - İRANDAN AÇIQLAMA

Fransanın qeyri-obyektiv siyasəti Yaxın Şərq regionundakı böhranı daha da alovlandırır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi söyləyib.
“Başqa ölkələrdən yüksək vəzifəli şəxslər Fars körfəzi regionuna gəlir və regionun bütün reallıqlarını görməzdən gəlirlər. Onlar Səudiyyə Ərəbistanının təsiri altında yenidən İranla bağlı əsassız açıqlamalar səsləndirirlər”, – deyə o bildirib.
Qeyd edək ki, Fransa bundan öncə İranı Livanın daxili işlərinə qarışmamağa səsləmişdi.