Fransa XİN Mehman Əliyevin həbsini pisləyib

Fransa Xarici İşlər Nazirliyi Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə bağlı bəyanat yayıb.
 
"Biz avqustun 24-də Bakıda Mehman Əliyevin həbs olunmasından narahatıq.
Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşılması, hüquqi sistemin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına çağırır", - Turan agentliyinə daxil olan bəyanatda deyilir.