“Fransa və ABŞ-ın təhdidi TÜRKİYƏNİN QARŞISINI ALA BİLMƏZ” – FRANSIZ JURNALİST

Baxış sayı:
5038

Afrin əməliyyatı başa çatdıqdan sonra Fransa Prezidenti MaKronun terror təşkilatı PYD/PKK örtük təşkilatı olan Suriya Demokratik Qüvvələrindən  (SDG) ibarət bir qrupu Yelisey Sarayında qəbul etməsi yeni böhranın yaranmasına səbəb oldu. “Yaxın Sərq” mütəxəssisi Fransız jurnalist Georges Malbrunot, Ankara-Paris xəttindəki gərginliyi və Eliseyin yeni Suriya siyasəti ilə bağlı “Star” qəzetinə müsahibə verib.
 
Sual: Makron-SDG heyətinin görüşündən sonra Fransız mətbuatında Münbiçə əsgər göndəriləcəyi yazıldı. Sizin də çalışdığınız “Le Fiqaro” qəzeti, internetdəki xəbərini 3 dəfə dəyişdirərək, Yeliseyin bu iddialarını təkzib etdi. Böhran necə ortaya çıxdı?
 
-Baş verənin “Le Fiqaro” qəzeti ilə əlaqəsi yoxdur. SDG və ya mətbuatla əlaqə işlərinə məsul olan şəxslər, media orqanlarına bir tələ qurdu. Sözləri manipulyasiya edilən Makron çətin vəziyyətə salındı. Lakin daha sonra Elisey Sarayından edilən açıqlamaqla yanlışlıq aradan qaldırdı.
 
FRANSIZ ƏSGƏRİNİN SAYI ARTA BİLƏR
 
Sual: Sizcə, niyə belə bir manipulyasiya həyata keçirilib?
 
-Ortaya atılan iddia yalnız Makronun sözlərinin SDG-lilər tərəfindən dəyişdirilərək fərq li şərhdə verilməsindən ibarətdir. Bunun Türkiyənin Münbiç əməliyyatını əngəlləmək naminə edildiyini düşünürəm.
 
Sual: Donald Tramp ABŞ-ın Suriyadan çəkiləcəyini bildirib. Münbiçdə Fransızlar ilə Amerikalılar arasında növbə dəyişikliyi ola bilərmi?
 
-Xeyr. Belə bir şey yoxdur. Fransa İŞİD-lə mübarizə üçün bölgəyə xüsusi qüvvələrini göndərib. Bu, Suriyanın şimal şərqində yerləşən yardımçı bir qüvvədir. Ötən noyabr ayında regionda yerləşiblər və sadəcə onlarla əsgərdən ibarətdir. Ən yaxşı halda bu kiçik qrup artırıla bilər. Ancaq Münbiçə qoşun göndərilməsi məsələsi deyil. Elisey Sarayının açıqlaması da bunun təsdiqidir.
 
Sual: Yəni Fransa, Suriyadakı hərbi varlığını artırmaq yoluna gedə bilərmi?
 
-Bəlkə yalnız xüsusi qüvvələrə kömək etmək ola bilər, ancaq bunun Türkiyə ilə razılaşaraq ola biləcəyini düşünürəm. Çünki Türkiyə bizim müttəfiqimizdir. Bilirsiniz ki, Suriya məsələsində Fransa çox danışır, az iş görür. Makron Fransanın bu məsələdəki mövqeyini dəyişdirməyəcəkdir. Bu məqamda qətiyyən Ankara ilə arasının açılmasını istəmir.
 
Sual: Ankaranı uzaqlaşdırmaq istəməyən Makronun Türkiyənin terrorçu kimi gördüyü şəxsləri Elisey Sarayında qarşılaması bir ziddiyyət deyilmi?
 
- Fransa prezidenti, Ankara-Vaşinqton xəttində Münbiç bazarlığı sürərkən təzyiq göstərməyə çalışır. Türkiyəyə "Əgər ABŞ ilə razılaşmasanız biz də bölgədə SDG-nin qorunmasını üstlənə bilərik" mesajı verir. Fransa Suriyada özünə bir rol almağa çalışır.
 
HƏLL MƏSƏLƏSİNDƏ KƏNARDA QALDIQ
 
Sual: Parisin Suriyada həll prosesinə daxil olması hələ də mümkündürmü?
 
- Fransanın Suriyada həll məsələsində arxa planda olduğu bir gerçəkdir. Rusiya, İran və Türkiyə ciddi təşəbbüs aldı. Beləliklə, Makron, Türkiyə qızdırmadan, Suriyadakı tənliyə SDG üzərindən daxil olmağın yolunu axtarır. Lakin çətin ehtimaldır. Çünki kimsənin Suriyada Fransaya ehtiyacı yoxdur.
 
Sual: Toplantıdan sonra Fransa, SDG ilə Türkiyə arasında vasitəçilik edə biləcəyini bildirib. Sizcə, bu real bir təklif ola bilərmi?
 
- Makronun arzusu bu istiqamətdədir, amma hazırda vasitəçilik Vaşinqton tərəfindən aparılır. Türkiyə və ABŞ dövləti Münbiç üçün görüşərkən, Fransa nə meydançada, nə də masada yer ala bilər.
Müxalifət.az