Fransa “Türkiyə modeli”nə keçir... - OLLANDDAN TƏKLİF

Baxış sayı:
9817

Keçmiş Fransa prezidenti Fransua Olland baş nazirin mövqeyinin qaldırılması və prezidentin icraedici orqanın başındakı tək səlahiyyətli olmasının lazım olduğunu söyləyib.
 
Olland, “Public Senat” kanalında, Fransada 5-ci Cümhuriyyətin elan edilməsi ilə nəticələnən 1958 Konstitusiyasının qəbul edilməsinin 60-cı ildönümündə konstitusiyaya dair açıqlama verib. İdarəetmədə baş nazirin rolunu və təmsil səlahiyyətini tənqid edən Olland, "Gordi düyününü kəsib atmaq lazımdır. Sonuna qədər gedilməlidir. Prezidentin idarəetmənin başındakı tək səlahiyyətli şəxs olması lazımdır", - deyib.
Fransada parlamentin Amerika Konqresi kimi bir funksiya qazanmasının lazım olduğunu bildirən Olland, beləliklə, prezidentin, eyni zamanda parlament əksəriyyətinin də başı olacağını deyib.
Ölkədə 2012-2017-ci illər dövründə prezident olan Olland, vəzifədə olduğu zaman bu barədə düşündüyünü, amma gündəmə gətirmədiyini də sözlərinə əlavə edib.

Müxalifət.az