Fransa son anda nümayəndə heyətindən TERRORÇUBAŞINI ÇIXARIB

Baxış sayı:
6418

Terror təşkilatı PYD-nin keçmiş həmsədri Saleh Müslim, Fransa prezidenti Makronla görüşməyə 3 saat qalmış heyətdən çıxarılıb. Türkiyənin ekstradisiya olunmasını istədiyi Müslim, Fransız protokolunun xəbərdarlığıyla görüş heyətinin siyahısında xaric edilib.
 
Çexiyanın paytaxtı Praqada fevral ayının sonunda nəzarətə alındıqdan sonra sərbəst buraxılan terror təşkilatı PYD / PKK-nın keçmiş həmsədri Saleh Müslimin, keçən həftə Parisdə Fransa prezidenti Emmanuel Makron ilə bir araya gələn heyətdə yer almasının planlaşdırıldığı ortaya çıxıb. Makronla terror nümayəndə heyətinin görüşünə 3 saat qalmış Müslim heyətdən xaric edilib.
 
XƏBƏRDARLIQDAN SONRA SİYAHIDAN ÇIXARILIB
 
“Habertürk”ün xəbərinə görə, Makron ilə görüşmək üzrə terror heyəti ilə Parisə gedən Müslim, Türkiyənin beynəlxalq axtarılanlar siyahısında yer alırdı. Fransız protokol rəsmilərinin son andakı xəbərdarlığından sonra Yelisey Sarayındaki Yaxın Şərq masası səlahiyyətliləri və daxili təhlükəsizlik məsləhətçiləri Müslimin adını siyahıdan çıxarıb. Terror təşkilatının Avropadakı təmsilçisi Müslim və təşkilatları təmsil edən nümayəndə heyəti bu hadisəyə təpki göstərsələr də, sonda görüşdən imtina etməyiblər.
Bu arada terror təşkilatı nümayəndələri ilə görüşərək Türkiyənin təpkisinə səbəb olan Fransadan Suriyanın şimalında PYD / PKK-nın nəzarəti altında tutduğu bölgəyə aprel ayının ikinci həftəsində xüsusi heyətin gedəcəyi bəlli olub. 5-6 nəfərlik heyət parlament üzvləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət olacaq.
Müxalifət.az