Fransa prezidentindən etiraf: “Türkiyə və Rusiyanı AYIRMAĞI BACARDIQ”

Baxış sayı:
7978

Fransa prezidenti Emmanuel Makron, ABŞ-ın Suriyadakı birliklərini geri çəkmə qərarından vazgeçirdiğini bildirməklə yanaşı, Suriyaya qarşı keçirilən hərəkatın yalnız kimyəvi silah istehsal mərkəzləri ilə məhdud qalmasını təmin etdiklərini də deyib.
 
Fransa prezidenti Makron, BFMTV və Mediapart tərəfindən canlı olaraq yayımlanan xüsusi proqramda, jurnalistlərin suallarını cavablandırıb.
 
ƏSƏD REJİMİNİN KİMYƏVİ SİLAH İMKANLARI YOX EDİLDİ
 
Emmanuel Makron, "(Suriyada) Hərbi planda əməliyyatı müvəffəqiyyətlə tamamladıq və kimyəvi silah istehsalı edilən və inkişaf etdirilən 3 mərkəz hədəf alındı. Bir mərkəz ABŞ və İngilis gücləri, biri ABŞ və biri də Fransız qüvvələri tərəfindən vuruldu. (Əsəd rejiminin) Kimyəvi silah potensialı yox edildi” deyə, söyləyib.
 
AMERİKALARI BİZ VAZ KEÇİRDİK
 
Əməliyyatdan əvvəl ABŞ tərəfi ilə sıx bir görüş trafiki yaşandığını deyən Makron, "10 gün əvvəl ABŞ prezidenti Tramp əsgərlərini Suriyadan çəkəcəyini söyləmişdi. Amerikalıları Suriyada qalmağa biz razı saldıq. İkincisi də hərəkatın yalnız kimyəvi silah istehsal mərkəzləri ilə məhdud qalmasını təmin etdik” deyə, bildirib.
 
ƏRDOĞAN, PUTİN VƏ RUHANİ İLƏ BİR ARAYA GƏLMƏYİ PLANLAŞDIRIRDIM
 
Prezident Makron, Suriya böhranını həll etmək üçün Fransanın bütün ölkələrlə danışdığını və yenidən təşəbbüs alacağını ifadə edərək, "Əgər Şərqi Guta'daki kimyəvi hücum və qarşıdurmalardakı intensivlik artmasaydı, mən Türkiyəyə gedərək Ərdoğan, Putin və Ruhani ilə bir araya gəlməyi planlaşdırırdım. Bunu həyata keçirmək üçün yenidən çalışacağam” -deyib.
 
MAKRON: TÜRKLƏR VƏ RUSLARI AYIRMAĞI BACARDIQ
 
Rusiyanın, Suriyada kimyəvi silah istifadə edilməsində Əsəd rejiminin "cinayət ortağı" olduğunu Rusiyanın dövlət başçısı Vladimir Putinə söylədiyini ifadə edən Makron, "Biz bu əməliyyat ilə Türklər və Rusları ayırmağı bacardıq. Türklər kimyəvi hücumu qınadılar və sonra əməliyyatı dəstəklədiklərini söylədilər" deməklə, əslində əməliyyatın əsas hədəflərindən birinin məhz Türkiyə ilə Rusiyanı ayırmaq olduğunu etiraf edib.
Emmanuel Makron, Fransanın Əsəd rejiminə müharibə elan etmədiyini qeyd edərək, Fransanın düşməninin 2015-ci ildə Paris hücumlarını təşkil edən terror təşkilatı İŞİD olduğunu söyləyib.
Müxalifət.az