Fransa prezidenti “Sarı jiletli” mitinqçilərlə görüşməyi təklif etdi

Baxış sayı:
4078

Fransız mətbuatında yer alan xəbərlərə görə, Yelisey Sarayında mühərrik yanacaqlarının qiymət artımlarına qarşı etirazlara yönəlik "böhran" müzakirəsi keçirən Fransa prezidenti Makron, baş nazir Filippedən müxalifət partiyalarının lideri və “sarı jiletlər”dən bir nümayəndə heyəti ilə bir görüşməsini tələb edib.
 
PARİS BƏLƏDİYYƏ BAŞÇISI DA HÖKUMƏTƏ TƏPKİLİDİR
 
Xəbərlərdə, bu barədə Parisin meri Anne Hidalgo-nun da baş nazie Filipp ilə görüşmək istədiyi ifadə edilib. Hidalgo, etdiyi açıqlamada, paytaxtda keçirilən etiraz aksiyalarındakı təhlükəsizlik məsələsində onunla görüşməyən hökuməti tənqid edib.
Qeyd edək ki, Makron, dünən günorta saatlarında etirazların başladığı paytaxtdakı Şarl de Qoll meydanı və ətraf küçələrdəki araşdırmalardan sonra "böhran" toplantısı üçün Yelisey Sarayına keçmişdi.
Müxalifət partiyaları, Makron və hökuməti nümayişlərdə zorakılığa yol verərək etirazçıların legitimliyini zədələməyə çalışdığı üçün tənqid edir.
Müxalifət.az