Fransa prezidenti Saad Həririni ölkəsinə "SƏFƏRƏ" DƏVƏT EDİB

Fransa prezidenti Emmanuel Macron Livanın baş naziri Saad Həririni və onun ailəsini Fransaya dəvət edib, lakin bildirib ki, bu, siyasi sığınacaq təklifi deyil.

Fransa rəsmiləri deyib ki, Hariri "yaxın günlərdə" ölkəyə gələcək.
Almaniyaya səfərə yola çıxan prezident Macron deyib ki, Fransaya "bir neçə günlük səfərə" Haririni o, onunla və Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığından sonra dəvət edib.
Bu, Saad Həririyə siyasi sığınacaq təklifi deməkdimi, sualına Macron-un cavabı belə olub: "Əsla yox. Mən ümid edirəm ki, Livanda sabitlik olacaq və siyasi seçimlər institusional qaydalara uyğun olmalıdır".
"Bizə güclü, ərazi bütövlüyünə hörmət edilən Livan lazımdır. Bizim seçim etməkdə azad olan və azad şəkildə danışa bilən liderlərə ehtiyacımız var".
Bu arada Fransanın xarici işlər naziri Jean-Yves le Drian böhranı müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gəlib.
Livanın Baş naziri Saad Həriri Ər-Riyada noyabrın 4-də səfəri zamanı gözlənilmədən vəzifəsindən istefa verdiyini elan edib.
Səudiyyə höküməti regional rəqibi olan İranın təsirini məhdudlşadırmaq niyyətilə, Həririnin, iradəsinə zidd olaraq, saxlandığını və ya istefa verməyə məcbur edilməsini inkar edib.

Həririnın istefası Livanı və bögəni silkələyib.
Çərşənbə günü Livan prezidenti Mişel Aun ilk dəfə olaraq açıq şəkildə Səudiyyə Ərəbistanını Livanın baş nazirini saxlamaqda ittiham edib.
Aun bildirib ki, Saad Həririnin davamlı yoxluğunu "heç cür əsaslandırmaq" mümkün deyil, və bu, insan haqlarının pozuntusudur.
O, əlavə edib ki, bunu, Livana qarşı "təcavüz aktı" hesab edir.
Öz növbəsində, Saad Həriri bir daha Twitter-də bildirib ki, o, qaydasındadır və tezliklə Livana dönəcək.
Bazar günü axşam verdiyi televiziya müsahibəsində Hariri deyib ki, Səudiyyə Ərəbistanını istədiyi an tərk edə bilər, Livanı isə özünü qorumaq üçün tərk edib.
Həririnin Livanda keçən il formalaşdırdığı birlik hökümətinə islamçı Hizbullah hərəkatı da daxildir.
"Baş nazir Haririnin 12 gün ərzində qayıtmamasını heç cür əsaslandırmaq olmaz. Bu səbəbdən, biz hesab edirk ki, Vyana Konvensiyası və insan haqlarına zidd olaraq o, saxlanılıb", - prezident Aunun rəsmi
Twitter hesabında onun dedikləri iqtibas edilib.

Mişel Aun (solda) deyib ki, baş nazir Saad Həririnin (sağda) "12 gün ərzində ölkəyə qayıtmamasını heç cür əsaslandırmaq olmaz".
"Xaricdən elan edilən istefa ilə bağlı heç bir qərar verilə bilməz, - Aun əlavə edib. - İstefasını təqdim etmək üçün o, Livana dönüb istefasını təqdim etməli, və ya qərarını geri götürməli, və ya qərarının səbələri və onların çözümü yollarını müzakirə etməlidir".
"Biz gözləməkdə davam edib vaxt itirə bilmərik. Dövlət işləri daydandırıla bilməz", - Aun vurğulayıb.
Maronit xristianı olan Mişel Aun keçmiş ordu rəhbəridir, o, islamçı silahlılar və Hizbullah siyası partisı ilə müttəfiqdir.
Mişel Aun şərhini jünalistlərlə görüşdə edib.
"Bu, Livanın ləyaqətilə bağlı məsələdir, - o, Livan mediasına əsasən, deyib. - Həriri və onun ailəsinin azadlığı məhdudlaşdırılıb, o, nəzarət altındadır". 
Saad Həriri prezidentin şərinə dərhal Twitter vasitəsilə cavab verib: "Təkrar etmək istəyirəm və təsdiqləyirəm ki, mən özümü əla hiss edirəm, və Allah qoysa, əziz Livana, söz verdiyim kimi, qayıdacağam".

Həririnin Livanda yox, Səudiyyədən istefasını elan etməsi livanlılar üçün gözlənilməz olub.
Beyrutda BBC müxbiri Martin Patience-in sözlərinə görə, Mişel Aun, sadəcə, Livan rəsmilərinin öz aralarında söhbətlərdə dediklərini səsləndirib.
Həriri Iranı regionda ixtilaf, viranəlik və dağıntı yaratmaqda ittiham edib və deyib ki, ona qarşı suiqəsdin hazırlandığını hiss edib.
Onun atası Rafik də Livanın keçmiş baş naziri olub.
Rafik Hariri 2005-ci ildə Beyrutda intiharçının törətdiyi partlayış nəticəsində həlak olmuşdu.
BMT-nin dəstəklədiyi Haaqa tribunalında bu hücumla bağlı Hizbullah-ın bir neçə üzvünün qiyabı məhkəməsi davam etməkdədir, lakin Hizbullah-ın özü bu işdə iştirakını inkar edir.
Səudiyyə vətəndaşlığı olan Həririnin Səudiyyə ilə sıx əlaqələri var. Səudiyyə Ərəbistanı onun başçılıq etdiyi patiyanı dəstəkləyir (BBC).