Fransa prezidenti "Barış bulağı"na qarşı: “NATO-nun beyin ölümü baş verib”

Baxış sayı:
6391

Muxalifet.az xəbər verir ki, “Ekonomist” jurnalına müsahibə verən Fransa prezidenti Emmenuel Makron NATO hərbi itiffaqı ilə bağlı çox sərt açıqlamalar verib. Makron deyib: “Hazırda baş verənlər NATO-nun beyin ölümüdür”. Türkiyənin öz sərhədlərinin təhlüksizliyini təmin eləmək və terror dəhlizinin qarşısını almaq üçün başladığı Barış bulağı əməliyyatını bundan əvvəl də tənqid eləmiş Fransa prezidenti Emmanuel Makron bu səfər NATO-nu hədəfə alıb. Makron deyib: “Hazırda baş verənlər NATO-nun beyin ölümüdür. ABŞ Avropa layihəsinə arxa çevirdi. ABŞ və NATO-nun müttəfiqləri ilə strateji qərar vermək mexanizmində koordinasiya yoxdur”. Türkiyə Silahlı Qüvvələrinin ölkənin sərhəd təhlükəsizliyini təmin eləmək və PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı başladığı "Barış bulağı" əməliyyatı barəsində ötən həftələrdə də qalmaqallı açıqlamalar vermiş Makron deyib: “Bir digər NATO müttəfiqiniz Türkiyə bizim də marağımız olduğu bir sahədə xəbər vermədən hərbi əməliyyat keçirir”.