Fransa parlamenti yanacağın qiyməti ilə bağlı son qərarını verdi
6-12-2018 00:34
Baxış sayı:
5074
Fransanın Milli Məclisi hökumətin yanacağın qiymətinin qaldırılmasının dondurulması təklifini qəbul edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hökumətin təklif etdiyi vergi tədbirləri paketinin qəbul edilməsi üçün 358 parlemantari lehinə, 194 nəfər isə əleyhinə səs verib.
Bundan başqa, məclis elektrik enerjisi və qaz tariflərinə moratoriumun tətbiqini qəbul edib. Avtomobillərin texniki baxışı üçün qiymətlərin qaldırılmasından da imtina edilib.