​Fransa müxalifəti ABŞ-a qarşı çıxdı: Dəstəkləmədik

Baxış sayı:
1780

Fransanın ABŞ və İngiltərə ilə birlikdə Əsəd rejiminə aid kimyəvi silah anbarlarını vurması Fransa müxalifəti tərəfindən tənqid edilib.
Muxalifet.az xəbər verir ki, Fransada sağçı və solçu müxalifətçilər BMT-dən rəsmi izn çıxmadan əməliyyatın həyata keçirilməsini qınayıb.
Raket hücumu Sosialist Partiyadan dəstək görsə də, Kommunist Partiya, sağçı Milli Cəbhə Partiyası və digər müxalif partiyalar baş verən hadisəni “Şimali Amerikanın intiqam macərası” adlandırıb.
“Fransa beynəlxalq aləmdə müstəqil və balanslı güc kimi görünmək imkanını yenidən itirdi”- , deyə “Milli Cəbhə” Partiyası lideri Marin Le Pen qeyd edib.