​Fransa məhkəməsindən ermənilərin “soyqırımı” iddiasına zərbə

Fransa Konstitusiya Məhkəməsi qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
Məhkəmənin qərarında bildirilir ki, bu qanun söz azadlığı hüququna müdaxilədir.
Bundan əvvəl qanunun pozulmasına görə bir il azadlıqdan məhrum etmə cəzası və 40 min avro cərimə nəzərəd tutulurdu.