Fransa Kiprdə dəniz hərbi bazası qurur: Türkiyə ilə bağlı öhdəlik

Baxış sayı:
15733

Kipr Yunan rəhbərliyi Fransaya dəniz hərbi bazasının yaradılmasına icazə verilməsini nəzərdə tutan razılaşmanı təsdiqləyib. Razılaşmada Yunan rəhbərliyinin 'Bizi Türklərdən qoruyun' maddəsi də yer alıb.
 
Kipr Yunan rəhbərliyinin Fransaya dəniz bazası verilməsini nəzərdə tutan hərbi razılaşmanı 6 ay içində həyata keçirəcəyi bildirilib.
Razılaşmaya görə, Fransa donanması Yunanların dənizdəki təbii qaz işlərinin təhlükəsizliyini də təmin edəcək, Türklərlə üst-üstə düşən sahələrə yönəlik olabiləcək Türk müdaxilələrinin də qarşısını alacaq.
Yunan Müdafiə naziri Savvas Angelidis ilə Fransa Müdafiə naziri Florence Parly arasında həftə içərisində imzalanan dəniz bazası və müdafiə ilə bağlı əməkdaşlıq razılaşmasının maddələri də Yunan mediasına sızdırılıb.
6 ay içində həyata keçirilməsi planlanan hərbi razılaşmanın ilk mərhələsi üçün Fransız mütəxəssislər dəniz bazasının tikiləcəyi Vasiliko bölgəsində işlərə başlayacaq.
Müxalifət.az