​Fransa Kataloniya ilə bağlı qərarını verdi

Fransa Kataloniyanın müstəqilliyi haqqında bəyannaməsini qəbul etmir.
 
Muxalifet.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anyes Romate-Espan söyləyib. Onun sözlərinə görə, müstəqillik məsələsi İspaniyanın daxili işidir:
"Bu daxili böhranın həlli İspaniya Konstitusiyası çərçivəsində tapılmalıdır. Konstitusiyanın birliyi və qanuniliyinə hörmət edilməlidir. Katalon hakimiyyətinin birtərəfli müstəqillik bəyannaməsi heç bir halda tanınmamalıdır".