​Fransa İŞİD-in paytaxt elan etdiyi şəhəri bombaladı

Fransa Hava Qüvvələri dünən axşam saatlarında İŞİD-ə qarşı hava zərbələri endirib. Fransa Müdafiə Nazirliyi Suriyanın şimalındakı Rakka bölgəsində reallaşdırılan hava əməliyyatına 10 döyüş təyyarəsinin qatıldığını, İŞİD hədəflərinə 20 zərbə  endirildiyini açıqlayıb.
Açıqlamada vurulan hədəflər arasında təlim mərkəzi və sursat anbarlarının olduğu qeyd edilir.
Fransa sentyabr ayından IŞİD-in Suriyadakı hədəflərini bombalayır.
Azadlıiq.info