​FRANSA HƏRBİ XƏRCLƏRİNİ ARTIRDI

Baxış sayı:
678

Fransanın 2018-ci ildə hərbi büdcəsi 34,2 milyard avro olacaq.
Bunu Fransa Prezidenti Emmanuel Makron söyləyib. Onun sözlərinə görə, Paris 2025-ci ilə qədər hərbi xərclərini ümumdaxili məhsulun 2%-nə bərabər edəcək:
“Buna görə də hərbi büdcə cari ildə 1,8 milyard avro artacaq. Nəticədə ümümi büdcə 34,2 milyard avro olacaq. Hazırda texnika və silahlanmanın sürətli yenilənməsi çox önəmlidir”./axar/