FRANSA HOMOSEKSUALLARIN İSTƏYİNİ REALLAŞDIRDI - Artıq “ata” və “ana” əvəzinə bu söz yazılacaq...

Baxış sayı:
8215

Fransa Milli Assambleyasının deputatları bu həftə məktəblilərin sənədlərinə düzəlişləri gətirən yeni qanun qəbul edib. Bəhs edilən qaunuvericlik aktı ölkənin sosial həyatını yaxından maraqlandıran addım sayılır. Çünki bu sənədlə Fransada ailənin ənənəvi qəbul olunan mənəvi təməlləri sarsıdılır.
 
Belə ki, məktəblinin tərcümeyi-hallarında “ata” və “ana” sözlərinin yerinə “1-ci valideyn” və “2-ci valideyn” ifadələri yazılacaq.
 
Frasnanın RFİ radiosunun məlumatına əsasən, bəhs olunan səsvermə təhsil haqqında yeni qanun layihəsi çərçivəsində həyata keçirilib.
Qanunun təşəbbüskarı rolunda isə hakim “İrəli Fransa” partiyası çıxış edib.
 
Milli Assambelyanın deputatı, “İrəli Fransa” partiyasının üzvü Valeri Peti bu zamana qədərki məktəb sənədlərində homoseksual ailələrin mövcudluğunun nəzərə alınmadığını bildirib. Fransa isə təkcinsli evliliklərə hələ 2013-cü ildə izn verib.
 
Eyni partiyadan olan deputat Jenifer de Temmerman isə daha irəli gedərək ənənəvi ailələləri köhnə sosial model adlandırıb.
Maraqlıdır ki, Təhsil naziri Jan-Mişel Blanke və təhsil haqqında qanunun ilk məruzəçisi sayılan deputat Ann-Kristin Lanq (İrəli Fransa) bu düzəlişə qarşı çıxıblar.
 
Müxalifətdəki sağ mərkəzçi “Respublikaçılar” partiyasının nümayəndəsi Ksavye Breton isə qanunvericilik aktını sərt şəkildə tənqid edərək onun siyasi əxlaqa da zidd olduğunu söyləyib. “Mən ailəni köhnəlmiş sosial model adlandıranlara səsələnərək xatırlatmaq istərdim ki, bu gün ölkədəki bütün nikahlaırn 95%-i məhz kişi və qadın arasında bağlanılır”,-deyə mühafizəkar deputat qeyd edib./musavat.com