​Fransa dərhal NATO-nu tərk etməlidir: "Sarı jiletlilər"in Avropa ordusu qurmaq istəyən Makronun qarşısına qoyduqları tələb

Baxış sayı:
7189

Afrikanın pulları qaytarılmalıdır

Muxalifet.az xəbər verir ki, Fransada yanacağın bahalaşmasına etirazla başlanan "sarı "jiletlilər" hərəkatı yanacağın bahalaşması qərarının təxirə salınmasından sonra öz tələblərini irəli sürməyə davam edir. "Sarı jiletlilər" Fransa hökumətinn qarşısına qoyduqları tələbnamələrinin 25 maddədən ibarət siyahısını dərc etdiriblər. Bu maddələr arasında Fransanın NATO-nu dərhal tərk eləməsi və xaricdə hərbi əməliyyatlarıdan imtina eləməsi, Afrika xalqının talan edilmiş sərvətinin qaytarılması, təhsil sisteminin dəyişdirilməsi tələbləri var.
“Le libre penseur” nəşri xəbər verir ki, manifestdəki 25 maddə dörd kateqoriyaya bölünüb.
İqtisadiyyat və məşğulluq sahəsində, vətəndaşın imkanlarının 25 faizini aşan vergilərin qadağan edilməsi, minimal əməkhaqqının, təqaüdün və yaşayış minimumunun 40% artırılması, dövlətin infrastrukturunun lazımi şəkildə fəaliyyət göstərməsi üçün səhiyyə, təhsil, ictimai nəqliyyat, hüquq-mühafizə və s. sahələrdə yeni vakansiyaların yaradılması, 5 milyona yaxın mənzilin tikintisinə başlanması və bununla da icarə haqqının, ipteka xərcinin azaldılmasına nail olmaq, tikinti sahəsində yeni iş yerləri yaratmaq, evsizlərin küçədə qalmasının baisi olan bələdiyyə və yerli idarəetmə orqanlarını ciddi cəzalandırmaq, daxili borcu ləğv eləmək tələb olunur.
Siyasi sahə ilə bağlı tələblər bunlardır:
1. Xalqın mütləq hakimiyyətinin maraqlarına müvafiq şəkildə konstitusiyanı dəyişdirmək, həmçinin xalqın təşəbbüsü ilə referendumlar keçirilməsinə icazə vermək.
2. Lobbiçilik fəaliyyətini və təsir sxemlərini yasaqlamaq. Əvvəllər məhkum olunmuş şəxslərə seçkilərdə iştirak eləməyi qadağan eləmək. Bir neçə seçkili vəzifəni birdən tutmağı yasaqlamaq.
3. Avropa İttifaından çıxmaq və Fransanın siyasi, maliyyə və iqtisadi müstəqilliyini bərpa eləmək.
4. Vergilərdən yayınmağı dayandırmaq və 40 ədəd iri şirkətin dövlətdən borc aldıqları 80 milyard avronu dövlətə qaytarmaq. Ölkənin özəlləşdirməsini dayandırmaq və artıq özəlləşdirilmiş aeroportları, dəmir yollarını və avtostradaları, avtomobil dayanacaqlarını və sairəni dövlət mülkiyyətinə qaytarmaq.
6. “Avtomobil qəzalarının qarşını almağa kömək etməyən, əslində pərdələnmiş vergi olan” radarları və kameraları yollardan sökmək.
7. Milli təhsil sistemində: təhsildən ideologiyanı çıxarmaq və destruktiv və nüfuzdan düşmüş təlim metodlarını yenidən nəzərdən keçirmək.
8. Ədliyyə sistemində: büdcəni dörd dəfə artırmaq və ədliyyə proseduralarında gözləmək üçünü qanunlardakı maksimal müddəti yenidən nəzərdən keçirmək, məhkəmə prosesini sadələşdirmək, ədalət məhkəməsini hamı üçün əlçatan və pulsuz eləmək.
9. KİV-i hamı üçün münasib qiymətə eləmək, təbliğatı yasaqlamaq. KİV-ə subsidiya ayırmağı, mass-media nümayəndələri üçün vergi güzəştlərini dayandırmaq, həmçinin, KİV ilə siyasətçilər arasında “tanışlıq”, “qohumbazlıq”dan imtina eləmək və media monopoliyalarını dağıtmaq.
10. Dövlətin təhsil, səhiyyə sistemlərinə və ailə institutuna müdaxilə eləməsinin tamamilə qadağan edilməsini konstitusiyaya daxil eləmək.
Ətraf mühit və səhiyyə sahəsində:
1. Qanunvericilik səviyyəsində texnika istehsalçılarını məhsullarının yararlılıq müddətini minimum 10 ilə qədər uzatmaq və onların ehtiyyat hissələrinin mövcud olmasını təmin eləmək.
2. Ətraf mühiti çirkləndirən plastik qabların və qablaşdırmaların istehsalını və istifadəsini qadağan eləmək.
3. Səhiyyədə islahatlar üzrə ümumxalq qurultaını təşkil eləmək və farmasevtik şirkətlərin səhiyyə sisteminə təsirini məhdudlaşdırmaq.
4. Kənd təsərrüfatı sistemində: xərçəng xəstəliklərini inkişaf etdirən və endokrin sistemlərinin patologiyalarını yarada biləcək Genetik Modifikasiya olunmuş Məhsullardan, pestisidlərdən imtina eləmək, həmçinin əkin rotasiyaları olmayan kənd təsərrüfatı sahələrindən istifadə eləməyi qadağan edləmək.
5. Ölkənin yenidən sənayeləşdirilməsi yolu ilə ətraf mühitə ən böyük zərəri vuran idxaldan imtina eləmək.
Geosiyasət sahəsində:
1. NATO-nun tərkibindən çıxmaq və Fransa ordusundan təcavüzkar müharibələrdə istifadə edilməsini qadağan eləmək.
2. Fransa-Afrika münasibətlərində: talançılıq, hərbi və siyasi müdaxilə siyasətindən imtina eləmək. Düzgün olmayan yollarla alınmış əmlakı və diktarorların vəsaitini Afrika xalqına qaytarmaq, Fransa qoşunlarını vətənə qaytarmaq. Afrika ölkələrini öz valyuta ehtiyatlarını Fransanın Mərkəzi Bankında saxlamağa və özlərini dilənçi vəziyyətdə yaşamağa məcbur edən müstəmləkə sistemini ortadan qaldırmaq.
Bərabər şəraitdə danışıqlar aparmaq.
4. Qəbul edilməsi və inteqrasiyası üçün Fransanın vəsaiti olmayan mühacirlərin axınını dayandırmaq.
5. Xarici siyasətdə: beynəlxalq hüquqa və imzalanmış müqavilələrə hörmətlə yanaşmaq.