​Fransa da Suriyadan çıxır? - XİN BAŞÇISI AÇIQLADI

Baxış sayı:
7357

“Problemlər həll olunan kimi, Suriyadan çıxacağıq”.
Bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.
“İraqda hərbçilərmiz var. Suriyada isə az sayda təmsil olunuruq. Rusiya Suriyada siyasi anlaşılmazlığın həllinə görə məsuliyyət daşıyır. Rusiyanın kimyəvi silahdan istifadənin qarşısını savaşla deyil, Suriya münaqişəsini siyasi yolla həllinin tapmaqda məsuliyyəti var”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın Suriyadan çıxacağı barədə qərarından sonra Fransa Prezidenti Emmanuel Makronun müşavirləri PKK/YPG-PYD terrorçu qruplaşmanın formalaşdırdığı Suriya Demikratik Qüvvələrinin silahlılarına dəstək verəcəklərinin və Suriyada qalacaqlarını bildirmişdilər. /report/