​Fransa Azərbaycana Hava Hücumundan Müdafiə sistemləri göndərəcək

Baxış sayı:
4249

Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemləri tədarük edəcək.
Xəbəri interfax.az saytı yayıb.
“Biz bu sistemlərin Azərbaycana ixracı üçün Fransa dövlətindən icazə almışıq. Azərbaycan tərəfi ilə ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqlar yaxın zamanlarda yekunlaşacaq”, - deyə şirkətin nümayəndəsi «AzeriDefence» jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur. “Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”, – deyə o qeyd edib.