Fransa-Albaniya matçında qalmaqal - HİMNİ SƏHV SALDILAR VƏ... / VİDEO

Baxış sayı:
681

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Fransa - Albaniya matçında himnlər səhv salınıb.

Belə ki, qarşılaşmadan əvvəl stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, ardınca isə Monteneqro himni səsləndirilib.

Bu azmış kimi, stadionun diktoru Mett Spiro bu cür yanlışlığa görə  Ermənistandan üzr istədiklərini bildirib. Qonaq komandanın üzvləri  doğru himn çalınana qədər oyuna başlamağı rədd ediblər. Daha sonra Albaniyanın himnin səslənməsi ilə  oyun  təxminən 5 dəqiqəlik gecikmə ilə başlayıb.
 
Qeyd edək ki, Fransa – Albaniya görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.