Əfran İsmayılov "Qarabağ"dan ayrıldı

Baxış sayı:
6471

Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Qarabağ klubu ilə yollarını ayırıb.
 
Muxalifət.az bildirir ki, bu barədə report-a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm".
Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan Qarabağ'da çıxış edirdi. O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.