Əfqanıstandan QANLI DÖYÜŞLƏR: 22 ölü, 5 yaralı

Baxış sayı:
5359

Əfqanıstanda hökumət qüvvələrinin Taliban terror qruplaşması ilə apardığı döyüşlərdə 22 hərbçi ölüb, daha 5-i isə yaralanıb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.
Toqquşmalar ötən gün axşamdan başlayıb. Terrorçular eyni vaxtda 2 rayona hücum ediblər.
Bundan əvvəl isə 2 min talib döyüşçüsü Qanzi əyalətinə hücuma keçib.
Əyalət qubernatorluğunun yaydığı açıqlamada 300 terrorçunun, 25 hərbçinin öldüyü bildirilir.