Əfqanıstanda TERROR: 43 hərbçi həlak oldu, 24-ü yaralandı

Əfqanıstanda hərbi düşərgədə baş verən intihar terrorunda azı 43 nəfər hərbçi həlak olub. Muxalifet.az xəbər verir ki, ölənlərin sayının arta biləcəyi bildirilir.
Qəndəharın Maivand rayonunda yerləşən Əfqanıstan milli ordu bazasında baş verən terror aktı zamanı 24 hərbçinin yaralandığı deyilir. Terror aktına görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb. Şahidlərin sözlərinə görə, iki nəfər kamikadze yerli mağazadan oğurladıqları iki zirehli “Cip” markalı maşınla gələrək bombaları partladıblar.

*** 10:21

​Əfqanıstanda iki avtomobil partladıldı, 40 hərbçi həlak oldu

Əfqanıstanda növbəti terror aktı törədilib.
APA-nın "Tolo news" kanalına istinadən verdiyi məlumata görə, iki terrorçu-kamikadze Qəndahar əyalətinin Meyvənd rayonunda hərbi baza yaxınlığında iki avtomobili partladıb.
Nəticədə ən azı 40 hərbçi həlak olub.
Digər təfərrüatlar hələlik açıqlanmır.