​Əfqanıstanda “Taliban”ın səhra komandiri məhv edildi

Əfqanıstanın Paktiya əyalətində pilotsuz uçan aparatdan endirilən zərbə nəticəsində "Taliban" hərəkatının 4 yaraqlısı, həmçinin onun səhra komandirlərindən biri məhv edilib.
"Molla Fərrux Paktiya əyalətinin inzibati mərkəzi olan Qardez şəhərində bir qrup talibin səhra komandiri olub və onun ölümü Paktika əyalətində və Paktiyada, həmçinin qonşu Host əyalətində yaraqlılara ciddi zərbə ola bilər", - deyə "Sinxua" yerli hakimiyyət orqanları nümayəndələrinin sözlərini sitat gətirir.