Əfqanıstanda Taliban silahlıları 16 hərbçi öldürdü

Baxış sayı:
3565

Əfqanıstanın şərqində Paktiya vilayətində bu gecə Taliban silahlıları hüquq mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər.
Muxalifet.az
xarici KİV-ə stinadən xəbər verir ki, nəticədə 16 hərbçi həyatını itirib, daha 15 nəfər isə yaralanıb.
Ölənlərin 13-nün hərbçi, qalan 3-nün isə polis əməkdaşları olduğu bildirilir.
Yerli hakimiyyət orqanları məlumatı təsdiqləyərək, Taliban qruplaşmasının da itki verdiyini qeyd edib.
Onların sözlərinə görə nəticədə Taliabnın 28 silahlısı öldürülüb, daha 9 nəfər isə yaralı ələ keçirilib.