Əfqanıstanda polis idarəsinə hücum oldu

Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub. Bu barədə xəbəri ölkənin daxili işlər naziri Nəcib Daniş təsdiqləyib. 
Onun sözlərinə görə, səhər saatlarında intiharçı-terrorçu içində partlayıcı maddə olan avtomobili polis məntəqəsinə çırpıb. Daha sonra polis və hücim edənlər arasında atışma baş verib. 
DİN rəsmisi bildirib ki, iki terrorçu məhv edilib.