​ƏFQANISTANDA PARTLAYIŞ: 10 nəfər öldü, 25 yaralı var

Baxış sayı:
2068

Əfqanıstanda seçkiqabağı təbliğat kampaniyası zamanı parlament üzvlüyünə namizədlərin görüşündə törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Nanqarhar əyalətində Xalqın Evinə (Əfqanıstanda Aşağı Palata) üzvlüyə namizəd Nasir Mohmond adlı siyasətçinin ofisində törədilib.
Bildirilib ki, bölgədəki partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Xatırladaq ki, bu il oktyabrın 20-də Əfqanıstanda parlament, 2019-cu il aprelin 20-də isə prezident seçkiləri keçiriləcək.