​Əfqanıstanda NATO-ya məxsus HELİKOPERT QƏZAYA UĞRAYIB, BİR HƏRBÇİ YARALANIB

NATO-ya məxsus helikopter havaya qalxandan bir az sonra ağaca çarpılaraq, yerə düşüb
Əfqanıstanın Loqar əyalətində NATO-ya aid helikopterin qəzaya uğraması nəticəsində Əfqanıstanın bir hərbçisi yaralanıb.
“Ajanshaber” xəbər verir ki, bunu Loqar vilayətinin vailisi Məhəmməd Halim Fedai bildirib.
Onun sözlərinə görə, hadisə Hırvar rayonunda “Taliban” hərəkatı silahlılarına qarşı keçirilən hava əməliyyatı zamanı baş verib. NATO-ya məxsus helikopter havaya qalxandan bir az sonra ağaca çarpılaraq, yerə düşüb.
“Talıban” helikopteri vurduğunu və hadisə nəticəsində təhlükəsizlik qüvvələrinin 43 əməkdaşının öldüyünü bildirib.