Əfqanıstanda NATO-nun konvoyuna hücum edildi

Baxış sayı:
6787

Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.
“Report” xəbər verir ki, bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə deyib.
Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.
NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.
Hücumun məsuliyyətini üzərinə götürən “Taliban” isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib.