​Əfqanıstanda dəhşətli partlayış: 32 ölü, 52 yaralı

Baxış sayı:
1180

Əfqanıstanın paytaxtı Kabil şəhərində dəhşətli partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyindən informasiya yayılıb.
Məlumata görə, hadisə terrorçunun Kabil universiteti yaxınlığında özünü partlatması nəticəsində baş verib. Partlayış zamanı 26 nəfərin öldüyü, daha 18 nəfərin isə yaralandığı bildirilib.
Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 32-yə, yaralananların sayı isə 52 nəfərə çatıb.