Əfqanıstanda dəfn mərasiminə HÜCUM: 4 ölü, 9 yaralı

Baxış sayı:
6058

Əfqanıstanın şimalındakı Bəlx əyalətində dəfn mərasiminə silahlı hücum olunub.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər həlak olub. Daha 9 nəfərin isə yaralandığı bildirilir.
Qeyd olunur ki, hücumun hədəfi dəfn mərasimində iştirak edən üsyançıların komandiri olub. Onun xəsarət alıb-almadığı barədə məlumat verilmir.