Əfqanıstanda 3 ABŞ əsgəri öldürüldü

Baxış sayı:
10399

 ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) Əfganistanın paytaxtı Kabil yaxınlığındakı Bagram Hava Bazasına yaxın bir nöqtədə təşkil olunan bombalı hücumda 3 Amerika əsgərinin öldüyü, 3 əsgərin yaralandığı bildirilib.
 
Hücumun NATO tərkibində xidmət edən ABŞ hərbi konvoyuna bomba yüklü maşınla həyata keçirildiyi bildirilib.
Bagramın rəhbəri Əbd Şükür Kuddus-i jurnalistlərə verdiyi açıqlamada, intihar təcavüzünün bomba yüklü maşınla, Bagramın Marka Sayyad bölgəsində bazalarına doğru gedən ABŞ hərbi dəstəyini hədəf aldığını söyləyib. Kuddusi hücumda ABŞ ordusuna aid bir tankın məhv edildiyini də söyləyib.
Hücumu Taliban təşkilatı üzərinə götürüb.
Qeyd edək ki, ABŞ-ın Əfqanıstandakı ən böyük hərbi hava bazası Bagram rayonunda yerləşir.
Müxalifət.az