Əfqan ordusu Taliban komandirini məhv etdi

Baxış sayı:
2179

Əfqanıstanın Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə aviazərbələr endirərək Loqar əyalətində hakimləri öldürən Taliban komandirini zərərsizləşdiriblər.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, əməliyyat zamanı Vaisuddin adlı Taliban komandiri ilə birlikdə daha 3 terrorçu öldürülüb.